Clonebot, Clonies, or Bot

Klonbot, Klonlar və ya Bot – özünü şəbəkədə kritik həcmdə replikasiya etmək üçün nəzərdə tutulur. Klonbot şəbəkədə bir neçə agent kimi meydana çıxır və sonra şəbəkədə digər istifadəçiyə qarşı daşqın \[flooding\] eksploytunu yerinə yetirir.
Clone phishing
Closed-security environment
OBASTAN VİKİ
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Lez-Or
Lez-Or (fr. Les Orres, oks. Los Uèris) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05098. 2008-ci ildə əhalinin sayı 516 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 384 nəfər (15–64 yaş) arasında 298 nəfər iqtisadi fəal, 86 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,6%, 1999-cu ildə 75,8%). Fəal 298 nəfərdən (166 kişi və 124 qadın), 8 nəfəri işsiz (3 kişi və 5 qadın) idi.
OR elementi
OR elementi məntiqi ayrılmanı yerinə yetirən rəqəmli məntiq elementidir.Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa,nəticədə çıxış maxsimum 1 alınar.Əgər heç bir giriş maxsimum qiymət almazsa,nəticədə çıxış minimum-0 alınar. OR elementi üçün 3 simvol var: Alman(GNSI və "hərbi") simvolu, IEC simvolu və DIN simvolu. Əgər heç bir müəyyən OR elementləri mümkün deyilsə,aşağıdakı şəkildə göstərilən konfiqurasiyada NAND və ya NOR elementlərindən istifadə edilə bilər.İstənilən məntiqi element NAND və ya NOR elementlərinin birləşməsindən hazırlana bilər.
Or-Erkenşvik
Or-Erkenşvik (alm. Oer-Erkenschwick‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 38.8 km2, əhalisi 30518 nəfərdir (2009).
Or Atika
Atikə Or(fr. Aure Atika; doğ. 12 iyul 1970, Monte-Eştoril, Portuqaliya) — Mərakeş əsilli Fransa aktrisası. Atikə Or 12 iyul 1970-ci ildə Portuqaliyanın Monte-Eştoril şəhərində anadan olub.Valideynləri — atası Mərakeş əsilli Ode Bitton, anası fransız Mişel Furnyedir. Atikə Or Parisdə və Fransanın cənubunda böyümüşdü. Təhsilini Paris hüquq və Luvr məktəbində almışdı. 9 yaşından sınaq çəkilişlərinə başlamışdı və Janna Moronun "Yeniyetmə" filmində rol almışdı.
Or Qapı
Or Qapı (krımtat. Or Qapı, Ор Къапы) və ya Perekop (ukr. Перекоп) — Ukraynanın, Krım Muxtar Respublikası, Armyansk şəhər şurası, Suvorov kənd şurasına daxil olan kənd. 2014-cü ildən etibarən Krım Muxtar Respublikası referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Rusiya Federasiyasının inzibati bölgüsünə görə Krım Respublikası Armyansk şəhər dairəsinə daxil edilir, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. 2001-ci ilin Ümumukrayna əhalinin siyahıya alınmasına əsasən əhalinin dil tərkibi belədir 2016-cı ilə görə Or Qapıda 9 küçə vardır. Kəndin sahəsi kənd şurasının məlumatına görə 200 ha-dır. 332 evə sahib kənddə 978 nəfər yaşayır. № 7 orta təhsil məktəbi fəaliyyət göstərir. Ayrıca poçt şöbəsi, ilk yardım stansiyası, provaslav kilsəsi vardır.
Or bərzəxi
Or bərzəxi (ukr. Перекопський перешийок, krımtat. Or boynu, Ор бойну) — Krım yarımadasını materiklə birləşdirir. Azov dənizinə daxil olan Sivaş körfəzi Qara dənizə daxil olan Perekopski körfəzi və Karkinitski körfəzi akvatoriyaları onun sahillərini yuyur. Krımın ən ucqar şimal nöqtəsini təşkil edir. Uzunluğu — 30 km, ən dar yeri 7 km, cənubunda eni 9,2 km təşkil edir. Qədim zamanlarda bərzəx müxtəlif adlarla adlandırılıb: Strabon onu İstm (tərcümədə sadəcə bərzəx, genuyalılar isə Zxalo, Krımtatar dilində isə bərzəxi Оr adlandırılır. Bərzəx ərazisində Perekop valı adlı güclü tikili mövcud olmuşdur. Bərzəxdə Armyansk şəhəri və Perekop kəndi vardır. Şəhər vaxtı ilə Rusiya vətəndaş müharibəsi dönəmində tamami ilə dağılmışdır.
Black Or White
Black or White — Maykl Ceksonun Dangerous albomundan olan ən uğurlu sinql. Sinql 8 noyabr 1991-ci ildə satışa çıxarılmışdır. Mahnı rok və dans-pop janrlarının qarışdırılması əsasında yaradılmışdır. İrqi ayrıseçkiliyə qarşı yazılmış mahnının söz və musiqi müəllifi, həmçinin aranjimançısı Cekson özü, rep parçanın müəllifi isə Bill Bottrelldir. Mahnın girişindəki və eləcə də mahnı boyu səslənən gitar musiqi parçasının ifaçısı məşhur gitaraçı Slashdır. Mahnı satışa çıxarıldığı gündən US Billboard Hot 100 və UK Singles Chart da daxil olmaqla iyirmi ölkənin hit paradlarında birinci yerə yüksəlmiş, həmçinin 1991-ci ilin ən çox satılan sinqlı olmuşdur. Tamaşaçılarda maraq oyatmaq üçün Epic Records mahnıya çəkilmiş klipin təqdimatının keçirilməsndən yalnız iki gün əvvəl mahnının radiolarda yayımlanmasına icazə vermişdi. Mahnının tanıtımı 1991-ci ilin noyabrında New York və Los-Anceles şəhərlərində başlanıldı və yalnız bundan bir həftə sonra sinql rəsmən satışa çıxarıldı. Mahnıya çəkilmiş klip ilk dəfə 1991-ci 14 noyabr tarixində MTV, BET, VH1, və Fox telekenallarında yayımlanmışdır. Klipdə Jacksonla birgə Macaulay Culkin, Tess Harper, və George Wendt də rol almışdır.
Kot-d'Or
Kot-d'Or (fr. Côte-d’Or , hərfən "Qızıl sahil) — Fransanın şərqində departament. Departament Burqundiya regionunun bir hissəsidir. Ərazisinin sahəsi 8763 km²-dir. Dijondan şimala doğru Lanqr yaylasının sağ silsiləsi uzanır. Cənub-şərqində Siena çayı axır. Kot-d'Or — Fransa inqilabı vaxtı yaradılmış 83 departamentdən biridir. 1790-cı il 4 mart tarixində, Burqundiya əyalətinin bir hissəsində yaradılıb. Departament 3 dairəni, 43 kanton və 707 kommunanı birləşdirir.
Live or Leave
Live Or Leave - Azərbaycanda Nu-Metal,Rapcore,Alternativ janrında ifa edən qrup. Qrup 2010-cu il Aprel ayının 17-si Anar Həmidov tərəfindən yaradılmışdır. Musiqi forumunda Anar gitarist Ayaz və zərb ifaçısı Bəxtiyar ilə tanış olur. Daha sonra qrupa vokalist Məsut qatılır. Qrup bu heyətlə məşqlərə başlayır. Daha sonra Anar qrupa digər bir qrupda gördüyü gitarist və vokalist Fəridi dəvət edir. Qrup koverlər ifa edir və öz mahnıları üzərində işləyirdi. Bu heyətlə Live or Leave bir neçə Bakı konsertlərində, eləcə də Gəncədə "Bakı Küləyi" festivalında uğurla çıxış etmişdir.Məhz həmin bu festivaldan sonra qrup belə qərara gəldi ki, Məsutun vokalı onları qane etmir və Məsut artıq qrupla vidalaşdı. Qrup əsas vokalistsiz məşq edirdi lakin artıq Noyabr ayında qrupa öz səsi,vokal imkanları ilə qrupu təəccübləndirən vokalist və klavişnik Orxan qoşuldu. Təxminən elə həmin vaxt bəzi yaradıcılıq səbəblərinə görə yollar qrupun zərb ifaçısı - Bəxtiyarla ayrıldı.
Or Qapı qalası
Or Qapı qalası — Or Qapı yaxınlığında, Krımı Ukraynaya bağlayan Or bərzəxidə yerləşən xarabalıq qalasıdır. 15-ci əsrdə I Məngli Gəray və oğlu I Sahib Gəray tərəfindən tikilmişdir. Bu qala Krım xanlığı üçün böyük bir strateji əhəmiyyətə malik idi. 1735-1739-cu illərdə Rus-Türk müharibəsi əsnasında rus marşalı Burkhard Christoph von Münnich tərəfindən tutuldu və məhv edildi (1736). 1738-ci ildə yenidən Rus General Lacy tərəfindən ələ keçirilmişdi. 1754-cü ildə Krım Giray tərəfindən yenidən qurulmuşdur. 1771-ci ildə rus generalı Dolgorukov tərəfindən qətiyyətlə ələ keçirildi.
FİFA Ballon d'Or
FİFA Qızıl topu (fr. FIFA Ballon d'Or) — hər il əvvəlki sezonda liqalar və qitə kuboklarında ən yaxşı nəticələr göstərən futbolçuya verilən mükafat. Mükafat 2010-cu ildə Qızıl top və FİFA İlin futbolçusu mükafatlarının birləşdirilməsi ilə yaranmışdır.
Xəmsə əlyazması (Or. 2265)
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Il pleut de l'or
Il pleut de l'or (Azərbaycanca:Qızıl yağış yağır) - Avroviziya 2010-da İsveçrəni təmsil etdiyi mahnı. Mahnını Michael von der Heide ifa etdi.
Xabad-Or-Avner təhsil mərkəzi
Xabad-Or-Avner təhsil mərkəzi — Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilmiş 450 yerlik təhsil mərkəzi. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev təhsil mərkəzinin açılışında iştirak ediblər. Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion vardır. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu 2016-cı il dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub. Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib.
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.